Rusiya Federasiya Şurası prezident seçkilərinin vaxtını 2018-ci il martın 18-ə təyin edib. Rusiya Federasiya Şurası prezident seçkilərinin vaxtını 2018-ci il martın 18-ə təyin edib.

Prezident seçkilərinin vaxtı bilindi

Rusiya Federasiya Şurası prezident seçkilərinin vaxtını 2018-ci il martın 18-ə təyin edib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, qərarın lehinə 160 senator səs verib.

23 nəfər prezidentliyə öz namizədliyini təqdim edib və bu rəqəm arta da bilər.

Müstəqil namizədlər 300 min səs, partiya üzvü isə 100 min səs toplamalıdır ki, namizədliyi qeydə alınsın.

Rusiyanın hazırki prezidenti Vladimir Putin də öz namizədliyini irəli sürüb. Onunla yanaşı, Liberal demorkratların lideri Vladimir Jirinovski, siyasətçi Aleksey Navalnı, Kseniya Sobçak, Qriqori Yavlinski, Yekaterina Qordon və biznesmen Sergey Polonski namizədliyini verib.

Mərkəzi seçki komissiyasından verilən məlumata görə, Navalnı məhkumluq həyatı yaşadığı üçün onun namizədliyi qeyri-realdır.