İraqda gözəllik müsabiqəsinin qalibi Sara İdan ölkədən qaçıb. İraqda gözəllik müsabiqəsinin qalibi Sara İdan ölkədən qaçıb.

Model İsrailli qızla şəklinə görə ölkədən qaçdı

İraqda gözəllik müsabiqəsinin qalibi Sara İdan ölkədən qaçıb.

AzNews.az The Washington Times-a istinadən xəbər verir ki, onun ölkədən qaçmasına səbəb İsraildən olan model Adar Qandelsmanla çəkdirdiyi şəkil olub.

Onların İnstaqramda birgə fotosu noyabrda qoyulub. Dünya gözəllik müsabiqəsində tanış olan modellərin dostluğu möhkəm olub. Belə ki, iraqlı qıza şəkli sosial şəbəkədən silməyəcəyi halda titulunun əlindən alınacağı, ölüm cəzasına məhkum ediləcəyi ilə hədələyiblər.

Sara İdan isə fotonu silməyib ailəsi birgə ABŞ-a qaçıb.

Qeyd edək ki, İraq İsrailin mövcudluğunu tanımır və bu ölkə ilə heç bir diplomatik münasibətlərə malik deyil.