Səudiyyə Ərəbistanında 2018-ci ilin iyun ayından etibarən avtomobil idarə etmək hüquq qazanan qadınların yük maşını və motosiklet sürməsinə də icazə veriləcək. Səudiyyə Ərəbistanında 2018-ci ilin iyun ayından etibarən avtomobil idarə etmək hüquq qazanan qadınların yük maşını və motosiklet sürməsinə də icazə veriləcək.

Qadınlara daha bir neçə hüquq verildi - Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanında 2018-ci ilin iyun ayından etibarən avtomobil idarə etmək hüquq qazanan qadınların yük maşını və motosiklet sürməsinə də icazə veriləcək.

AzNews.az xəbər verir ki, yerli resmi xəbər agentliyi "SPA"-da yer alan məlumata görə, Nəqliyyat və Yol Təhlükəsizliyi Qüvvələrinin Baş Qərargahı qadınların avtomobil istifadə etməsiylə bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, 2018-ci ilin iyun ayından etibarən, qadınlara avtomobildən istifadəyə icazə veriləcək. Onlar həmçinin yük maşınları və motosiklet də sürə biləcəklər. Bununla belə, qeyd edilir ki, quru yolu təhlükəsizlik nəzarəti məntəqələrində qadınların xidmətə götürülməsində heç bir mənfi cəhət yoxdur. Eyni zamanda, gələcəkdə lazmi təhsil və təchizata sahib olduqdan sonra hərbi xidmətdə də qadınların yer alması planlaşdırılır.