Psixoloqlar mütəmadi olaraq selfi çəkib sosial şəbəkədə paylaşanların 'Selfitis' xəstəliyinə tutulduqlarını bildirib və psixoloji yardıma ehtiyacları olduqları barədə xəbərdarlıq edib. Psixoloqlar mütəmadi olaraq selfi çəkib sosial şəbəkədə paylaşanların 'Selfitis' xəstəliyinə tutulduqlarını bildirib və psixoloji yardıma ehtiyacları olduqları barədə xəbərdarlıq edib.

Çox selfi çəkmək ruhi xəstəliyə gətirib çıxarır - Araşdırma

Psixoloqlar mütəmadi olaraq selfi çəkib sosial şəbəkədə paylaşanların 'Selfitis' xəstəliyinə tutulduqlarını bildirib və psixoloji yardıma ehtiyacları olduqları barədə xəbərdarlıq edib.

AzNews.az The Daily Telegraph qəzetinə istinadən xəbər verir ki, 'Selfitis' termini sürətli şəkildə selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə istifadə edilib. Amerika Psixiatr Dərnəyi bu alışqanlığı xəstəlik olaraq dəyərləndirib.

Nottingham Trent Universiteti və Hindistanın Thiagarajar İnstitutu da bu vərdişin bir xəstəliyə çevrilməsini araşdırmağa qərar verib. Tədqiqatların nəticəsi olaraq "Selfitis"in bir ruhi xəstəlik olduğu təsdiqlənib və xəstəliyin dərəcəsini qiymətləndirmək üçün "Selfitis Davranış Şkalası" hazırlanıb. Şkala ölçüsü 1 ilə 100 arasında dəyişir. Bununla bağlı sorğuda 200 nəfər iştiral edib, nəticələr 400 nəfər üzərində test edilib. Sorğuya daha çox hindistanlı iştirakçılar qatılıb. Çünki, ən çox selfi çəkənlər hindistanlılardır. Onlar daha çox təhlükəli yerləri selfi üçün seçirlər və bu zaman ölürlər. Nəticələr Beynəlxalq Psixi Sağlamlıq jurnalında dərc olunub. "Selfitis"in 3 səviyyəsi olduğu məlum olub. Bunlar arasında gündə ən azı 3 dəfə selfi çəkənlər, amma hamısını sosial şəbəkəyə qoymayanlar da var.

Tədqiqatçılar tipik "selfitis" xəstəliyinə tutulanların diqqəti cəlb etmək istəyənlər olduğunu bildirib, əksər hallarda onlar özünə inamlı olmurlar və cəmiyyətdəki mövqeyini gücləndirərək hər hansı bir qrupa aid olmaq istəyirlər.