Rusiya prezidenti Vladimir Putin bazar günü ABŞ prezidenti Donald Trampa zəng edərək, ona Rusiya ərazisində terror aktının qarşısını almağa kömək etmiş informasiyaya görə təşəkkürünü bildirib. Rusiya prezidenti Vladimir Putin bazar günü ABŞ prezidenti Donald Trampa zəng edərək, ona Rusiya ərazisində terror aktının qarşısını almağa kömək etmiş informasiyaya görə təşəkkürünü bildirib.

Putin Trampa təşəkkür etdi - Terror söhbəti

Rusiya prezidenti Vladimir Putin bazar günü ABŞ prezidenti Donald Trampa zəng edərək, ona Rusiya ərazisində terror aktının qarşısını almağa kömək etmiş informasiyaya görə təşəkkürünü bildirib.

AzNews.az xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Rusiya hüquq-mühafizə orqanlarına təqdim etdiyi informasiya Sankt-Peterburq şəhərindəki Kazan kafedralında terror hücumunun qarşısının alınması və hücumu planlaşdıran şəxslərin həbs edilməsinə kömək edib.

Rusiyanın İnterfaks agentliyinin Kremlə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Rusiya prezidenti ABŞ prezidentinə deyib:

"Əgər Rusiya ABŞ-a qarşı terror hücumunun hazırlandığına dair məlumat alsa, Birləşmiş Ştatları bununla bağlı xəbərdar edəcək".

Bu, Rusiya və Amerika liderləri arasında son dörd gün ərzində ikinci telefon söhbətidir.