“Aparılmış analizlər yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur” “Aparılmış analizlər yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur”

ATƏT Ermənistandakı seçkilərinin nəticələrini şübhə altına aldı

“Aparılmış analizlər yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur”

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı üçüncü aralıq rəyini açıqlayıb. APA-nın məlumatına görə, bu barədə "news.am" saytı xəbər yayıb. Bu gün açıqlanan rəydə prezident seçkilərinin nəticələrinin şübhə altına alındığı məqamlar da var.

Rəydə qeyd olunur ki, missiya MSK-nın açıqladığı rəsmi rəqəmləri analiz edib: "Analiz yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur. Bu fakt ümumilikdə seçki prosesinə əminliklə bağlı narahatlıq yaradır". Üçüncü aralıq rəydə açıq şəkildə yer almasa da, müşahidəçilər səsvermədə iştirak edən seçicilərin sayının süni şəkildə artırıldığına və artırılmış səslərin prezident Serj Sərkisyanın lehinə yazıldığına işarə vurublar.

ATƏT DTİHB missiyasının seçkilərlə bağlı yekun rəyi təxminən iki ay sonra açıqlanacaq.

AzNews.az