00:04
(077) 610-22-33

Suriya və İrandan ABŞ hökumətinə qarşı növbəti ittiham

  • >
507 3 Mart 2013 09:55 | Dünya

“Onlar siyasi həll istəsəydilər, Suriya xalqını cəzalandırmaz və müxalifətə yardım göstərməzdilər”



Martın 2-də Tehranda media nümayəndələri qarşısında çıxış danışan Suriyanın xarici işlər naziri Vəlid Muallim və təxminən 2 il davam edən münaqişədə Suriya rejimin sadiq müttəfiqi olmuş İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ hökumətini tənqid ediblər. Onlar Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək üçün Suriyadakı üsyançılara yardım qərarını ittiham edərək bunun yalnız münaqişənin uzadılmasına səbəb olacağını söyləyiblər.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerry bu həftə Amerika dövlətinin Suriya üsyançılarına birbaşa və əlavə olaraq da Suriya siyasi müxalifətinə 60 milyon dollar yardım edəcəyini bəyan etmişdi. Con Kerrynin sözlərinə görə, önümüzdəki günlərdə, bir sıra Avropa dövlətlərinin də Əsəd üzərində təzyiqi artırmaq və demokratik keçidə zəmin hazırlamaq üçün müxalifətin hərbi qanadına yardım edəcək oxşar addımlar atacağı gözlənilir.

İran və Suriya xarici illər nazirlərinin sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmamasından asılı olmayaraq, prezident seçkiləri planlaşdırıldığı kimi gələn il keçiriləcək. Salehinin sözlərinə görə gələn seçkilərə qədər Əsəd Suriyanın hüquqi prezidentdir: "İnsanların öz namizədliklərini irəli sürmək üçün azadlıqları var, amma o vaxta qədər Əsəd Suriyanın prezidentdir".

Əl-Muallim "Suriya dövlətinə qarşı tətbiq edilən iqtisadi sanksiyalar vasitəsilə Suriya xalqını öldürməyə davam edən ABŞ-ın müxalif qüvvələrə 60 milyon dollar yardım etməsi dərkedilməzdir" - deyə bildirib: "Onlar həqiqətən siyasi həll istəyirdilərsə Suriya xalqını cəzalandırmamalı və müxalifət qüvvələrə yardım göstərməməli idilər". Suriya rəsmisi Suriya suverenliyinin "qırmızı xətt" olduğunu vurğulayaraq, bu suverenliyini pozmağa heç kimə icazə verilmədiyini söyləyib. O həmçinin Suriya xalqının öz liderlərini seçki qutusunda qərar verəcəyini vurğulayıb.

Şamxal
AzNews.az

Bağla X