Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub. Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.

Ermənistanda hərbi maşın qəzaya uğradı - Foto

Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda qeydə alınıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb, onlar Ararat rayon xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsü olub.