Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib. Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.

Türkiyədə Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sabiq Türkiyə informasiya və rabitə texnologiyaları idarəsinin əməkdaşı olan şəxsin adı açıqlanmır.

Həbs edilən şəxsə qarşı “qəsdən adam öldürmədə təşkilatçılıq” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib. İndiyədək hadisə ilə əlaqədar üçü polis əməkdaşı olmaqla 6 nəfər həbs edilib.