Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir. Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir.

“Dünyanı nüvə savaşından Çin xilas edəcək”: britaniyalı nazir

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir.

AzNews.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson “Guardian” nəşrinə açıqlamasında deyib.

“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.

Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:

“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət 2017-ci ildə Şimali Koreyanın ballistik raket və nüvə sınaqları həyata keçirməsindən sonra kəskin pisləşib. 2017-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası Şimali Koreya barəsində yeni beynəlxalq sanksiyaları tətbiq edib(publika).