ABŞ-ın Kaliforniya ştatında yaşayan 13 uşaq yatağa zənclənmiş halda tapılıb. ABŞ-ın Kaliforniya ştatında yaşayan 13 uşaq yatağa zənclənmiş halda tapılıb.

Zəncirlərə bağlanmış uşaqlar tapıldı

ABŞ-ın Kaliforniya ştatında yaşayan 13 uşaq yatağa zənclənmiş halda tapılıb.

AzNews.az xəbər verir ki, himayəyə götürülən uşaqlar yatağa zəncirlənib. Onlardan 10 yaşlı birinin zəncirdən xilas olaraq polislə əlaqə qurması mümkün olub. Polis əməkdaşları dərhal hərəkətə keçərək uşaqları himayəyə götürən valideynləri saxlayıb.

Polis evdə 13 uşağın zəncirlərlə yataqlarına bağlı olduğunu görüb. Onlara olduqca çirkli geyimlər və iyrənc yeməklər verildiyi məlum olub.

Uşaqları himayəyə götürən 57 yaşlı David Allen Turpin və 49 yaşlı Louise Anna Turpin uşaqlara işgəncə verdiklərinə görə və onların həyatını təhlükəyə atdıqlarına görə tutulub. Hadisə ilə bağlı araşdırma aparılır. Ancaq, polis valideynlərin uşaqları hansı səbəbə görə zəncirlədiyi barədə heç bir məlumat verməyib. Onların sosial şəbəkədə yayılan şəkillərində ana və ata gəlinlik və bəylik geyimində qızlar çəhrayı əlbisələrdə, oğlanlar da kostiyumda görünür.