Rusiyanın Krasnodar diyarının Kuban şəhərində xəstəxanaların birində həkimlər əməliyyat zamanı qadının qarın boşluğunda salfeti unudublar. Rusiyanın Krasnodar diyarının Kuban şəhərində xəstəxanaların birində həkimlər əməliyyat zamanı qadının qarın boşluğunda salfeti unudublar.

Əməliyyat zamanı qadının qarnında salfet qaldı - Öldü

Rusiyanın Krasnodar diyarının Kuban şəhərində xəstəxanaların birində həkimlər əməliyyat zamanı qadının qarın boşluğunda salfeti unudublar.

AzNews.az xəbər verir ki, araşdırmalara görə, 2017-ci il 10 fevral tarixində 56 yaşlı bir qadın Krasnodar Şəhər Klinik Təcili Xəstəxanasına aparılıb və burada əməliyyat olunub. Mart ayının 2-də xəstə evə buraxılıb. 17 may tarixində isə qadın dünyasını dəyişib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin istintaq idarəsinə göndərilən ölüm hadisəsi araşdırılıb. Ekspertizanın nəticələrinə görə məlum olub ki, qadının ölümünə səbəb həkimlər onu əməliyyat edən zaman qarın boşluğunda unutduğu salfetdir.

Krasnodar Mərkəzi Rayon Şöbəsinin İstintaq İdarəsi tərəfindən "şəxsin peşə vəzifələrinin düzgün icra edilməməsi nəticəsində ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb. Tibbi ekspertiza aparılıb. Əməliyyat zamanı həkimə kömək edən tibb işçilərinin hərəkətlərinə də müvafiq hüquqi qiymət veriləcək. İstintaq davam edir.