Kolumbiyanın Segovia şəhərində hərbi helikopter qəzaya uğrayıb. Kolumbiyanın Segovia şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Kolumbiyanın Segovia şəhərində hərbi helikopter qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində 8-i əsgər olmaqla 10 nəfər həyatını itirib. Antioquia inzibati bölgəsinə bağlı olan Segovia şəhərində baş verən qəzadan sonra Kolumbiyanın prezidenti Xuan Manuel Santos Kalderon da sosial şəbəkədə paylaşım edib. Prezident qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib. Kolumbiyanın Müdafiə naziri Luis Karlos Villeqas təhlükəsizlik qüvvələrinin artıq hadisə yerində olduğu barədə məlumat verib. Villeqas qəzanın səbəbinin araşdırıldığının bildirib.

Ölkə mətbuatında olan xəbərlərdə helikopterin MI17 növü olduğu barədə məlumatlar yer alıb.