Türkiyənin İsparta bölgəsində təlim üçün istifadə edilən CASA tipli hərbi təyyarə qəzaya uğrayıb. Türkiyənin İsparta bölgəsində təlim üçün istifadə edilən CASA tipli hərbi təyyarə qəzaya uğrayıb.

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Türkiyənin İsparta bölgəsində təlim üçün istifadə edilən CASA tipli hərbi təyyarə qəzaya uğrayıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əskişəhərdən qalxan CASA tipli təlim təyyarəsinin Yalvaç və Çay qəsəbələri arasında qəzaya uğraması nəticəsində 2 pilot və 1 texniki işçi həlak olub.

Təyyarənin qalxmasından qısa müddət sonra radardan itməsi nəticəsində əraziyə xeyli sayda xilasedici qrup sövq edilib. Hadisə yerinə çatan xilasedicilər təyyarənin dağıntıları ilə rastlaşıb. Təyyarənin qəzaya uğramasına səbəb kimi qatı duman göstərilir.

Qəzaya uğrayan təyyarənin CASA tipli CN 235 yük təyyarəsi olduğu bildirilir.