ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval kabinetindən qovub. ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval kabinetindən qovub.

Tramp CNN-in müxbirini mətbuat konfransından qovub

ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval kabinetindən qovub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

CNN müxbiri Cim Akosta ABŞ prezidentindən soruşub:

“ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?” Donald Tramp suala cavabında deyib: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək “Buranı tərk et” deyib.

C.Akosta “Twitter” hesabında bu haqda belə yazıb: “Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Ağ ev administrasiyası məsələ ilə bağlı açıqlama verməyib.