Martın sonunda Avropa İttifaqı və Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. Martın sonunda Avropa İttifaqı və Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Türkiyə ilə Aİ arasında böyük zirvə toplantısı keçiriləcək

Martın sonunda Avropa İttifaqı və Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

AzNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Brüssel Ankara ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Görüşdə müzakirə ediləcək əsas mövzular terrorçuluqla mübarizə, miqrasiya siyasəti, energetika problemləri və ölkələr arasında tələbə mübadiləsi olacaq.

Məlumata görə, tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin başçısı Antonio Tayani və Bolqarıstanın baş naziri Boyko Borisov qatılacaq.

Qeyd edək ki, yanvarın 1-dən rotasiya qaydasına uyğun olaraq Bolqarıstan Avropa İttifaqı Şurasının sədri olub.

Onu da qeyd edək ki, görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib. Ərdoğanın Aİ liderləri ilə son görüşü isə NATO-nun Brüsseldəki sammitində, ötən ilin mayında baş tutub (virtualaz).