Martın 2-də Kişinyovda 8 ölkənin parlament başçısının iştirakı ilə görüş keçiriləcək. Martın 2-də Kişinyovda 8 ölkənin parlament başçısının iştirakı ilə görüş keçiriləcək.

8 ölkənin parlament rəhbəri bir yerə toplaşacaq - Rusiyaya qarşı

Martın 2-də Kişinyovda 8 ölkənin parlament başçısının iştirakı ilə görüş keçiriləcək.

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının spikeri Andrey Parubiy söyləyib. Onun sözlərinə görə, görüşdə Moldova, Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Litva, Latviya, Estoniya parlamentlərinin spikerləri iştirak edəcək.

O, görüşdə əsas müzakirə mövzusunun Rusiya aqressiyası olacağını bildirib:

“Biz 2008-ci ildə Tiflisin Gürcüstandan sonra hədəfin Ukrayna olması ilə bağlı xəbərdarlığını yaxşı xatırlayırıq. Sizin dediyiniz kimi oldu. Biz bilirik ki, rus aqressiyasının nəticələri necə olur”(axar.az).

AzNews.az