Suriyada terrorçulara qoşulan Deso Doq ləqəbi ilə tanınan alman reper Dennis Kuspert Deyr əz-Zor uğrunda gedən döyüşlərdə öldürülüb. Suriyada terrorçulara qoşulan Deso Doq ləqəbi ilə tanınan alman reper Dennis Kuspert Deyr əz-Zor uğrunda gedən döyüşlərdə öldürülüb.

İŞİD-in qaniçən reperi öldürüldü

Suriyada terrorçulara qoşulan Deso Doq ləqəbi ilə tanınan alman reper Dennis Kuspert Deyr əz-Zor uğrunda gedən döyüşlərdə öldürülüb.

AzNews.az xəbər verir ki, bu barədə “Mirror” informasiya yayıb.

Məlumata görə, Kuspert 2010-cu ildə musiqi karyerasını başa vurub. Həmin il islamı qəbul edən reper 2013-cü ildən terrorçuların tərəfində döyüşməyə başlayıb. Alman xüsusi xidmət orqanlarının məlumatına görə, Kuspert 2014-cü ildə terror qruplaşmasının sıralarına insanların cəlb edilməsi prosesində açar iştirakçılardan biri olub. Kuspertin musiqi sahəsindəki məşhurluğu nəticəsində yüzlərlə insan İŞİD sıralarına qoşulub.

Qeyd edək ki, 2014-cü ildə Kuspertin terrorçu mövqelərinə endirilmiş raket zərbəsi nəticəsində öldürüldüyü bildirilmişdi. Sonradan fakt öz təsdiqini tapmamışdı(axar.az).