Ukraynada qızılca epidemiyasının başlamasından bəri 8 nəfər ölüb. Ukraynada qızılca epidemiyasının başlamasından bəri 8 nəfər ölüb.

Qızılca xəstəliyindən 8 nəfər ölüb

Ukraynada qızılca epidemiyasının başlamasından bəri 8 nəfər ölüb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Ulyana Suprun bildirib.

"Dünən qızılcadan daha bir nəfərin öldüyü məlum oldu. O, peyvənd edilməmiş uşaqdır. Bu, epidemiyanın yayıldığı andan bəri səkkizinci haldır", - U.Suprun Ali Radada çıxışında deyib.

Onun sözlərinə görə, peyvənd olunmuş əhali arasında heç bir ölüm halı qeydə alınmayıb.

Qeyd edək ki, Ukraynada 2017-ci ildə 4782 qızılca xəstəliyinə yoluxma halı qeydə alınıb.

AzNews.az