ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb. ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

ABŞ-da hökumətin fəaliyyəti dayanıb

ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, Senatdakı demokratlar respublikaçıların bu barədə qanun layihəsi qəbul etməsini əngəlləyib. Hazırda Senatda tərəflər arasında danışıqlar davam edir.

Ağ Ev demokratların addımını “uğursuzların davranışı” kimi qiymətləndirib. “Demokratlar siyasi maraqlarını milli təhlükəsizlik maraqlarından, hərbçilərimizin ailələrinin, köməksiz uşaqların maraqlarından və bütün amerikalılara xidmət göstərmək imkanlarından üstün tutdular. Bu, qanunvericilərin davranışı yox, obstruksionist uğursuzların davranışıdır” , - deyə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

AzNews.az