ABŞ-da aktiv neft quyularının sayı yanvarın 15-dən 19-na qədərki dövr ərzində 5 ədəd və yaxud 0,66% azalaraq 752 ədəd təşkil edib. ABŞ-da aktiv neft quyularının sayı yanvarın 15-dən 19-na qədərki dövr ərzində 5 ədəd və yaxud 0,66% azalaraq 752 ədəd təşkil edib.

ABŞ-da aktiv neft quyularının sayı azalıb, Kanadada isə artıb

ABŞ-da aktiv neft quyularının sayı yanvarın 15-dən 19-na qədərki dövr ərzində 5 ədəd və yaxud 0,66% azalaraq 752 ədəd təşkil edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb.

Məlumata görə, hesabat dövrründə ölkədə aktiv qaz quyularının sayı isə 2 ədəd və yaxud 1,07% artaraq 189 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 3 ədəd və yaxud 0,32% azalaraq 936 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 196 ədəd və yaxud 35,57%, aktiv qaz quyularının sayı 47 ədəd və yaxud 33,1%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 242 ədəd və yaxud 34,9% artıb.

Xatırladaq ki, bu il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,36 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,6% aşağıdır.

Hesabat həftəsində Kanadada isə aktiv neft quyularının sayı 23 ədəd və yaxud 12,4% artaraq 208-ə, aktiv qaz quyularının sayı isə 26 ədəd və ya 28,6% artaraq 117-ə çatıb. Qeyd edək ki, ötən həftə Kanadada aktiv neft quyularının sayı 87 ədəd və ya 88,8% artaraq 185-ə, aktiv qaz quyularının sayı isə 15 ədəd və ya 19,7% artaraq 91-ə çatmışdı.

AzNews.az