Cənubi Afrikada hamilə qadın öldükdən 10 gün sonra ölü bir körpə dünyaya gətirib. Cənubi Afrikada hamilə qadın öldükdən 10 gün sonra ölü bir körpə dünyaya gətirib.

Ölən qadının tabutunu açıb şoka düşdülər - Uşaq dünyaya gətirib

Cənubi Afrikada hamilə qadın öldükdən 10 gün sonra ölü bir körpə dünyaya gətirib.

AzNews.az Times Live qəzetinə istinadən xəbər verir ki, Cənubi Afrikanın şərqindəki Mbizana ərazisindəki Mthayisi kənd qəbiristanlığında çalışan işçilər Nomveliso Nomasonto Mdoyi adlı 33 yaşlı qadının tabutunu açarkən onun ayaqları arasında körpənin cansız bədənini görüblər.

Mdoyinin ailəsi bildirib ki, onu hamiləliyin doqquzuncu ayında nəfəs aldığında çətinlik çəkdiyindən şikayətləndiyinə görə dərhal xəstəxanaya aparıblar, lakin çox keçmədən o həyatını itirib. Ananı bətnindəki körpə ilə dəfn ediblər.

Mütəxəssislər əzələlərin boşalması və bədəndəki bakteriyaların yığılmasının körpənin ana bətnindən çıxmasına səbəb olduğunu bildirib.