Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir. Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir.

“Rusiya bizə xəyanət etdi” - YPG komandiri

Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir.

AzNews.az xəbər verir ki, bunu terror təşkilatı YPG-nin komandirlərindən olan Sipan Hemo Londonda nəşr olunan ”Şərq əl-Əvsət” qəzetinə müsahibəsində deyib.

“Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir. Mən Rusiya Baş Qərargah rəisi və Rusiya kəşfiyyatının nümayəndələri ilə görüşdüm. Baş Qərargah rəisi Gerasimov mənə “Türkiyə sərhəd təhlükəsizliyini müdafiə etmk haqqına sahibdir” dedi. O, həmçinin, rus hərbçilərinin Afrindən çıxması üçün məlumatlandırıldıqlarını da söylədi”, – YPG nümayəndəsi bildirib.

Qeyd edək ki, Türkiyə kəşfiyyatı Afrində YPG terror təşkilatının rəhbərlərinin PYD lideri Saleh Müslim telefon danışığını ələ keçirib.

Telefon danışığı zamanı Afrindəki terrorçu liderlərinin öz ailələrinin bölgədən çıxarılmasına başladığı müəyyən olunub. Üstəlik, terrorçu liderlər Müslimdən amerikalılarla əlaqəyə girərək, “Zeytun budağı” əməliyyatının dayandırılmasını istəyiblər. Müslim isə onlara cavabında Afrini tərk etməməyə çağırıb və ABŞ-ın onları satdığını bildirib.