Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

"Afrindəki dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq" - Bekir Bozdağ

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

AzNews.az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. “Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”, deyə B.Bozdağ vurğulayıb.