Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib. Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.

Hindistanın "Bin Laden"i həbs edildi

Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.

AzNews.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.

Agentlik polisdəki mənbəyə istinadən bildirib ki, Kureşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qısamüddətli atışmadan sonra yaxalanıb. O, partlayıcı qurğular üzrə mütəxəssis hesab edilir.

Kureşi Hindistanın "Bin Laden"i adlandırılıb(report).