Moldova hökuməti istefaya göndərilib

Moldovada Liberal-Demokrat Partiyasının lideri Vlad Filatın rəhbərlik etdiyi hökumət istefaya göndərilib. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hökumətin istefasına 54 deputat səs verib.

Bu qərardan sonra Moldova prezidenti Nikolay Timofti üç gün ərzində parlament fraksiyaları ilə məsləhətləşmələr keçirməli və baş nazir postuna namizədini təqdim etməlidir.

Qeyd edək ki, Liberal Partiyası, Demokrat Partiyası və Liberal-Demokrat Partiyasının formalaşdırdığı və "Avropaya inteqrasiya uğrunda" adlanan hökumət koalisiyası dağılıb. Buna səbəb koalisiya iştirakçıları arasında münaqişə yaranmasıdır.

AzNews.az