Venesuela prezidenti Huqo Çaves barədə yayılan ölüm xəbərləri təsdiqini tapdı Venesuela prezidenti Huqo Çaves barədə yayılan ölüm xəbərləri təsdiqini tapdı

Prezident bu dəfə doğrudan öldü

Venesuela prezidenti Huqo Çaves barədə yayılan ölüm xəbərləri təsdiqini tapdı




1999 – cu ildən bəri ölkəni idarə edən Çaves 58 yaşında həyatla vidalaşdı.

Çavesin ölüm xəbərini Venesuela prezidentinin köməkçisi Nikolas Maduro elan edib. Dövlət Televiziyasına açıqlama verən köməkçi Çavesin yerli vaxtla 16:25-də dünyasının dəyişdiyini bildirib. 2 ildir ki, xərçənglə mübarizə aparan Çaves 4 dəfə əməliyyat edilsə də, onun həyatının xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gen əvvəl yayılan məlumatlara görə, Çaves hələ ötən il dekabrın 31-də dünyasını dəyişmiş, ancaq bu barədə xəbər gizlədilmişdi.

Prezidentin ölümü ilə əlaqədar olaraq Venesuelada 7 günlük matəm elan edilib.

Elnarə Əlosmanqızı
AzNews.az