Amerika prezidentinin iqamətgahı olan Ağ Evə turist səfərləri dayandırılıb Amerika prezidentinin iqamətgahı olan Ağ Evə turist səfərləri dayandırılıb

Ağ Ev pulsuzluqdan qapılarını bağladı

Amerika prezidentinin iqamətgahı olan Ağ Evə turist səfərləri dayandırılıb





"CBS News"un məlumatına görə, bu qərarın verilməsinə büdcənin azaldılması səbəbindən əməkdaşların ixtisara salınması səbəb olub.

Xəbər verilir ki, qərar qəbul edilməzdən əvvəl planlaşdırılan ekskursiyalar 8 marta qədər keçiriləcək. Növbəti gün isə Ağ Ev qapılarını turistlərin üzünə bağlayacaq.

Nümayəndələr Palatasının spikeri Con Boner bu qərara münasibət bildirərkən Konqres binasına turist səfərlərinin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, martın 1-də prezident büdcənin 85 milyard azaldılması barədə qərar verib.

Elnarə Əlosmanqızı
AzNews.az