İran prezidenti Mahmud Əhmədinejad Venesuela prezidenti Uqo Çavesa ölümü ilə əlaqədar olaraq başsağlığı məktubu göndərib İran prezidenti Mahmud Əhmədinejad Venesuela prezidenti Uqo Çavesa ölümü ilə əlaqədar olaraq başsağlığı məktubu göndərib

Əhmədinejad başsağlığı verdi

İran prezidenti Mahmud Əhmədinejad Venesuela prezidenti Uqo Çavesa ölümü ilə əlaqədar olaraq başsağlığı məktubu göndərib




Venesuala prezidentinin səlahiyyətlərini icra edən edən Nikolas Maduroya ünvanlanan məktubda "xristian torpağından bərabərlik və liberalizm" simvolu olan "böyük ruhun" ölümü ilə bağlı təssüfləndiyini qeyd edir.
Maduro hazırda Venesuella prezidentinin səlahiyyətlərini icra edir. Venesuelanın xarici işlər naziri Elias Xuanın sözlərinə görə, yeni prezident 30 gün ərzində seçiləcək.
Əhmədinejad məktubunda qeyd edib ki, Venesuela şəhid olmuş "öz ağıllı və cəsarətlə inqilabçı"sını itirib.
Əhmədinejad həmçinin qeyd edib ki, Uqo Çaves adı insanlara təmizliyin, mehribanlığın, cəsarətin və insanlara sevginin simvolu kimi tanışdır.
"Uqo Çaves Latın Amerikası tarixində bütün cəsur inqilabçıların varisi və simvoludur", - deyə İran prezidentinin məktubunda qeyd olunub.
Məktubun sonunda İran prezidenti Venesuela xalqına xoşbəxtlik, sağlamlıq, əmin-amanlıq arzulayıb.

AzNews.az