15:04
(077) 610-22-33

Şahzadə sirr saxlaya bilmədi

  • >
447 6 Mart 2013 14:08 | Dünya

Britaniya şahzadəsi Keyt Midlton qız anası olacaq




"The Sun" qəzetinin verdiyi məlumata görə, Britaniya şahzadəsi Keyt Midlton dünən təsadüfi olaraq, 3 aylıq körpəsinin qız olduğunu açıqlayıb.

Belə ki, dünən uşaqlarla görüş zamanı balaca qızcığazın ona yaxınlaşaraq hədiyyə verməsi ilə hər şey məlum olub.Hədiyyəni qəbul edən Keyt "Çox sağ ol, əzizim, mən bu hədiyyəni doğulacaq qızım üçün saxlayacam",-deyib.

"Qızım" sözünün ancaq ilk hərfini deyən, daha sonra həmin sözü "balam" ilə əvəz edən Midlton sözünü dəyişməyə çalışsa da, bu mətbuatın diqqətindən yayınmayıb.

Jurnalistlər dərhal, "siz demək istədiniz ki, dünyaya gələcək övlad qız olacaq?",-sualı versələr də, Keyt "xeyir, qız deyil, biz onun cinsini bilmirik",-cavabını verib.

Aynur Hüseynova
AzNews.az
Bağla X