- Köhnə - Dünya
- 12 Fevral 2018 16:30
- 12 061
Nazir atasının onu oxutdurmaq üçün satdığı traktoru tapdı və... - Video
Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü atası Əhməd Özlünün onu oxutdurması üçün satdığı traktoru tapıb təmir etdirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, nazir Faruk Özlü həmin traktoru alıb və rəhmətə getmiş atasının evinə aparıb. Belə ki, Əhməd Özlü 1980-ci illərdə universiteti bitirmək istəyən oğlu Faruk Özlü üçün traktorunu satmışdı. Atasının satdığı həmin traktor sayəsində universiteti bitirən Faruk Özlü onu tapıb. Yanvarın 25-də bir təmir dükanında onu tapan nazir traktoru alıb təmir etdirib.
Təmir olunan və boyanan traktoru görən nazir Faruk Özlü çox duyğulanıb. Traktor onun mərhum atasının evinə aparılıb.