23:00
(077) 610-22-33

Amerika ilə İsrail arasında fikir ayrılığı yarandı

  • >
677 6 Mart 2013 16:43 | Dünya

Ağ Ev danışıqlara ümid edir, İsrail təcili hərbi müdaxiləni zəruri bilir



AzNews.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Amerikanın vitse-prezidenti Joe Biden Amerika hökumətinin hələ də İranla diplomatik danışıqları davam elətdirmək üçün zamanın olduğunu vurğulayıb. İsrailin baş naziri Benjamin Netanyahu isə öz əzəli müttəfiqi Amerikanın əksinə olaraq, İranın nüvə proqramını inkişaf elətdirmək baxımından danışıqlardan vaxt qazanmaq üçün istifadə etdiyini söyləyib:
"İsrail İranın nüvə silahı əldə etməsinə öz milli maraqlarına və suverenliyinə qarşı xarici təhlükə kimi baxır".

Joe Biden isə hələ də problemin sülh yolu ilə həllinin mümkün ola biləcəyinə inandığını söyləyib. ABŞ rəsmisi eyni zamanda Obama administrasiyasının münaqişənin sülh yolu ilə həlli imkanları tükəndiyi halda hərbi müdaxilə etmək vədindən də geri çəkilməyəcəyini vurğulayıb. Onun fikrincə, bu məsələdə İsrail və ABŞ tələsik addım atdığı təqdirdə beynəlxalq ictimaiyyətin dəstəyini itirmək təhlükəsi ilə qarşılaşa bilər.

"Bütün dünyanın bizim qarşıdurmanın qarşısını almaq üçün hər şeyi etdiyimizə inanması xüsusilə vacibdir" - deyə Joe Biden bildirib. Amma bütün bunlara baxmayaraq, Netanyahu oz fikrində qalıb. O, diplomatiyanın işləmədiyini və danışıqların İran hökumətini nüvə proqramını davam elətdirmək istəyindən çəkindirə bilməyəcəyi iddiasından əl çəkməyib.

Şamxal Əbilov
AzNews.az

Bağla X