03:45
(077) 610-22-33

Ben Ladenin kürəkəni Amerikaya aparıldı

  • >
434 7 Mart 2013 08:33 | Dünya

Qanunsuz yollarla Türkiyəyə gələrək Ankarada saxlanılan “Əl-Qaidə” sözçüsü Əbu Qeyt CİA tərəfindən Amerikaya aparılıb




Adı axtarışda olanlar siyahısında olan "Əl-Qaidə" sözçüsü Türkiyədə saxlandıqdan sonra 33 gün ərzində ona heç bir ölkə sahib çıxmayıb. 33 gündən sonra İordaniyaya göndərilən Əbu Qeyt xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Amerikaya aparılıb.

"Əl - Qaidə"nin ikinci adamı sayılan bu şəxsin vətənsiz olması onun saxlandığı ölkədən vətəndaşı olduğu ölkəyə deportasiya edilməsinin qarşısını alıb. Sonradan Küveytə verilmək məqsədilə İordaniyaya göndərilən "Əl-Qaidə" yetkilisi hazırda Amerikadadır.

Üsamə Ben Ladenin kürəkəni olan Əbu Qeyt Türkiyədə heç bir cinayət törətmədiyinə görə məhkəmə tərəfindən sərbəst buraxılmışdı. Türkiyə onu qanunsuz yollarla gəldiyi İrana qaytarmaq istəsə də, rəsmi Tehran bununla razılaşmayıb. Son nəticə kimi onun əvvəllər vətəndaşı olduğu, ancaq sonra vətəndaşlıqdan çıxarıldığı Kuveytə deportasiyası haqqında qərar qəbul edilib. Ancaq Əbu Qeyt Küveytə çatmadan İordaniyadan Amerikaya aparılıb.

Məlumata görə, CİA Əbu Qeyti Türkiyədən çıxdıqdan sonra addım-addım izləyib və İordaniyadan Küveytə getmək istəyərkən yaxalayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X