PKK-nın qurucusu, terrorçu komandan Abdullah Öcalanın uzun illər qorunduğu Suriyanın ardınca qaçmaq zorunda qaldığı Yunanıstan, Rusiya və İtaliyadan sonra gizləndiyi Keniyada təşkil olunan əməliyyatla 60 saniyədə təyyarəyə mindirilib Türkiyəyə gətirilməsindən 19 il keçdi. PKK-nın qurucusu, terrorçu komandan Abdullah Öcalanın uzun illər qorunduğu Suriyanın ardınca qaçmaq zorunda qaldığı Yunanıstan, Rusiya və İtaliyadan sonra gizləndiyi Keniyada təşkil olunan əməliyyatla 60 saniyədə təyyarəyə mindirilib Türkiyəyə gətirilməsindən 19 il keçdi.

Türkiyənin tarixə düşən müdhiş Öcalan əməliyyatı: PKK lideri belə tutuldu - Video

PKK-nın qurucusu, terrorçu komandan Abdullah Öcalanın uzun illər qorunduğu Suriyanın ardınca qaçmaq zorunda qaldığı Yunanıstan, Rusiya və İtaliyadan sonra gizləndiyi Keniyada təşkil olunan əməliyyatla 60 saniyədə təyyarəyə mindirilib Türkiyəyə gətirilməsindən 19 il keçdi.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən qanlı terror təşkilatı olan PKK-nın qurucusu və lideri terrorçu komandan Öcalanın Türkiyəyə gətirilməsində Milli İstihbarat Təşkilatının (MİT) kəşfiyyatçılarından başqa vəzifə alan bir neçə nəfərdən biri olan dövrün nəqliyyat nazirliyinin məsləhətçisi Həsən İşgüzar əməliyyatın detallarını açıqladı.

Ankara Universitetinin hüquq fakültəsində müəllimlik edən professor İşgüzar, terrorçuların başçısı Öcalanın Türkiyəyə gətirldiyi müddətdə mülkü aviasiyadan cavbdeh olduğunu söylədi.

Terrorçuların başçısı Abdullah Öcalanı almağa gedən təyyarənin Türkiyədən qalxması və daha sonra Türkiyəyə enəcək olması səbəbilə onun özünün bu əməliyyata daxil edildiyini anladan İşgüzar, Öcalanın təyyarə ilə gətirilməsi üçün lazım olan sənədləri hazırlamaq vəzifəsini öz üzərinə götürdüyünü bildirib.

Terrorçuların lideri Öcalanın Türkiyəyə gətirildiyi an

"Cavid Çağların təyyarəsi kirayələndi"

MİT-dəki əməliyyatla bağlı səlahiyyətli şəxslərin ona gəlib məsələnin mahiyyətini başa saldıqlarını danışan İşgüzar belə davam etdi:

"Abdullah Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün Yunanıstanın Hollandiyadan təyyarə kirayələdiyi məlumatı MİT-ə gəlincə onlar da eyni model, eyni rəngdəki bir təyyarəni göndərərək Öcalanı Türkiyəyə gətirmək üçün bir plan qururlar. Türkiyədəki rəsmi və ya özəl bütün təyyarələrin qeydləri Mülki Aviasiya Baş İdarəsindədir. MİT-in istədiyi formada olan təyyarə o vaxt yalnız iş adamı Cavid Çağlarda var idi. Mən də istənilən təyyarənin Cavid Çağlar bəydən alına biləcəyi məlumatını verdim.

İşgüzar MİT əməkdaşlarının da Çağlar ilə anlaşaraq təyyarəni kirayələdiyi, ancaq Çağların əməliyyatdan xəbəri olmadığını söylədi.

Terrorçuların lideri Öcalan məhkəmədə

"İki pilot ve 4-5 MİT əməkdaşından başqa heç kim yox idi"

Daha sonra sözügedən təyyarənin Yunanıstanın Öcalan üçün ayırdığı təyyarəyə dəqiq bənzəməsi üçün boyanıb, quyruq işarəsi də qoyulduğunu anladan İşgüzar hazırlıqlaran sonra təyyarənin Türkiyədən uçduğunu söylədi.

İlk mərhələdə Çağların pilotlarına da "Misirə gediləcək" şəklində bilgi verildiyini anladan İşgüzar, təyyarədə iki pilot və 4-5 MİT əməkdaşından başqa kimsənin olmadığını vurğulayıb.

Bu arada təyyarəyə, Türkmənistan təyyarəsi kimi əməliyyat edildiyi və yolçu məlumatları üçün "banan tacirləri" ifadəsinin işlədildiyini paylaşan İşgüzar "Hansı təyyarə olursa olsun, əməkdaşlaral uçan adamların Mülki Aviasiya Baş İdarəsinə bildirilməsi vacibdir. Özəl təyyarə ilə bir yerə gedəcəksəniz, adlar mütləq yazılı olaraq bildirilir. Onun xaricində getmə şansınız yoxdur. Dolayı yolla, bizdən istənilən hər cür xidmət etdik", deyə bildrirb.

"Uqandada banan tacirləri kimi davranıldı"

Göyə qalxan təyyarənin Antalyadan çıxaraq Ağdəniz, Cənubi Kipr Yunan Bölgəsinin hava sahəsində təxminən 18 dəqiqə uçduqdan sonra Misir və Uqandaya gedəcəyi şəklində marşrut çəkildiyini bildirən İşgüzar bunları anlatdı:

"Birbaşa Keniyaya gediməəsinin səbəbi, Hollandiyadan da eyni tip, eyni rəngli təyyarə gedəcəyi üçün Keniyadakı hava limanı kiçik bir yer, orada hər hansı bir əcnəbi təyyarə diqqəti çəkər diyə 10 dəqiqə Uqandada gözlədi. Uqandada banan taciri kim davranıldı. Əməliyyatdan cəmi bir neçə saat öncə Keniyaya girildi. Keniyada heç qalmadı. Hollandiyadan Öcalanı qaçırmaq üçün gələn təyyarə havada ikən bizim təyyarəmiz ondan iki saat öncə meydanda idi"

"60 saniyə içində qandallandı"

Keniyadakı Yunanıstan səfirliyində gizlənən Abdullah Öcalanın Hollandiyadan gəlməsi planlaşdırılan təyyarəyə minmək üçün mühafizəçilərin yer aldığı bir konvoyla yola çıxdığını söyləyən İşgüzar sözünə belə davam etdi:

"Ən öndə Keniyanın mühafizə maşını var idi, arxasında isə Yunanıstan səfirliyinin mühafizə maşını. Abdullah Öcalanın içində olduğu maşın üçüncü sırada idi, arxasında da Öcalanı qeyri-rəsmi olaraq qoruyan təşkilat üzvləri ilə mühafizəçilərin olduğu maşın var idi. Hava limanına gələrkən Keniya polisi, Öcalanın maşını keçdikdən sonra yolu kəsərək arxadan gələn konvoya başqa bir yerdən yol verir. O da təxminən 15-20 dəqiqə qazandırır.

Öcalan aerodroma girdiyində, minəcəyi təyyarənin, Hollandiyadan gələn təyyarə olduğunu zənn edir. O, kostyumda idi və xoşbəxtliklə təyyarəyə doğru hərəkət edir. Təyyarənin qapısı açılır və o 60 saniyəyə qandallanır. Təyyarəyə çıxarkən qapılar bağlanır. Təyyarə uçarkən digər konvoy hələ indi aeroporta girirdi. "

Yunan hökumətinin hava sahəsində keçən kritik 18 dəqiqə

İşgüzar, Türkiyəyə gələrkən 18 dəqiqəyə yaxın bir müddət təyyarənin, Cənubi Kipr rəhbərliyi üzərindən keçməsi lazım olduğunu və bu müddətdə, yunan rəhbərliyinin hava sahəsi üzərində yaşananları da belə izah etdi:

"Havadakı marşrutları o qədər qətidir ki, başqa bir marşrutdan gedim" deyə bilməzsiniz. Hər təyyarənin də mütləq, hava sahəsinə girdiyi ölkəyə öz işarəsini bildirməsi lazımdır. Bu, beynəlxalq qaydadır. Yunan rəhbərliyi 'Quyruq işarənizi bildirin' deyir, biz bir işarə bildiririk, 'Elə bir təyyarə qeydlərdə yoxdur "deyirlər. Pilotlar da 'Yanlışlıq oldu, bir dəqiqə' deyib fərqli bir işarə bildirir. Yenə yunan seqmentindən belə bir məlumat olmadığı deyilir, 'dilimiz qeyri-kafi' deyilərək rol oynamağa başladıq. 'İkinci pilot ingiliscə söyləsin' deyilir.Bu marşrut sahəsini keçmək 18 dəqiqə davam edir.

Təyyarə ilk olaraq Atatürk Havalımanına enmək məcburiyyətində qaldı

Türk hava sahəsinə girən təyyarənin Bandırmadaki hərbi bölgəyə yönəldiyini söyləyən İşgüzar, ancaq duman səbəbiylə təyyarənin enə bilmədiyini bildirdi.

İşgüzarın sözlərinə görə, təyyarə, başqa hava limanına enməyəcəkdi, çünki elə bir təyyarənin Atatürk hava limanına enəcəyi barədə aeroportun uçuş cədvəlində qeydlər olmayıb: "Dumanın dağılmasını gözləyərkən yanacaq azaldığı üçün zəruri olaraq Atatürk hava limanına enib yanacaq doldurmaq lazım idi. Atatürk Hava limanından eniş icazəsi istənilir, amma icazə verilmir. O vaxt məni çağırdılar. Məndə də FIC deyilən sistem var idi, bununla Mülki Aviasiya Baş direktoru əmri ilə hər hansı bir təyyarə qaldırıla bilir və ya icazə verilmir. FIC-den Atatürk hava limanına bu təyyarənin heç bir sual soruşulmadan endirilməsi təlimatını verdim. Təyyarə sağ-salamat enişini etdi. Hərbi meydanın olduğu, gözə görülməyən bir yerə çəkildi. Burada təyyarənin qapıları açılmadan yanacaq edildi. Daha sonra duman dağıldıqda Bandırmadaki hərbi bölgəyə doğru təyyarə havalandı. "

İşgüzar, dövrün Baş qərargah rəisinin Bandırmadaki hərbi bazası komandirini axtararaq "Bir paketin gəldiyini və şəxsən gedərək alması təlimatını verdiyini" də söylədi.

Həsən İşgüzar, Öcalanın daha sonra İmralı adasına aparıldığını bildirdi.

Türkiyənin şərq və cənub-şərqində yaşayan vətəndaşların hüquqlarına silahla maneə törətməyə çalışan terrorçu lider Öcalan, 1999-cu ildən bu yana İmralı adasındakı həbsxanada ağırlaşdırılmış ömürlük həbs cəzasını çəkir.