Avtovağzalda aldığı içkini qəbul edən kişi xəstəxanalıq olub. Avtovağzalda aldığı içkini qəbul edən kişi xəstəxanalıq olub.

Saxta içkidən kor oldu

Avtovağzalda aldığı içkini qəbul edən kişi xəstəxanalıq olub.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B.Y. adlı kişi aldığı içkini qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib. Burada onun kor olduğu üzə çıxıb. Belə ki, B.Y. avtovağzaldan içki alaraq evə gəlib. İçkini qəbul etdikdən sonra halı pisləşib. Yaxınları tərəfindən xəstəxanaya gətirilib və burada onun zəhərlənmə nəticəsində kor olduğu üzə çıxıb. O, İstanbul xəstəxanalarından birinə göndərilib.

Hadisə ilə bağlı araşdırma aparan polis saxta içkini satan A.K.-nı nəzarət altına alıb.