İtaliyanın Milan şəhərində gənc oğlan həyatını riskə ataraq metro xəttinə düşən uşağı xilas edib. İtaliyanın Milan şəhərində gənc oğlan həyatını riskə ataraq metro xəttinə düşən uşağı xilas edib.

Milanda tələbə metro xəttinə düşən uşağı xilas edib - Video

İtaliyanın Milan şəhərində gənc oğlan həyatını riskə ataraq metro xəttinə düşən uşağı xilas edib.

AzNews.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəzarət kameralarına qeydə alınıb.

Görüntüdən məlum olduğu kimi, uşaq platformanın kənarına yaxınlaşır və relslərin üzərinə yıxılır. Uşağın yanında olan qadın təşvişə düşüb. Həmin ərazidə olan gənc oğlan platformadan relslərin üzərinə atılaraq uşağı xilas edib.

Xilas olunann uşağın 2 yaşı var və ciddi xəsarətlər almayıb. Onu xilas edən şəxs isə 18 yaşlı tələbə olub.