Meksikada DİN başçısı və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Meksikada DİN başçısı və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Helikopterin qəzaya uğramasısı nəticəsində ölənlərin sayı 13-ə çatdı

Meksikada DİN başçısı və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Qəza yerində 12 nəfərin meyiti aşkarlanıb. Bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Onlar xəsarət almayıb.

Pilot 30 metr hündürlükdə idarəetməni itirərək helikopterin avtomobilin üzərinə düşməsinə səbəb olub.