İordaniya Silahlı Qüvvələrindəki rəsmi mənbənin bildirdiyinə görə, terrorçuların silah və narkotiklər gətirməyə, həmçinin ekstremistləri ölkə sərhədini Suriya və İraqla birləşdirən istifadəsiz neft kəməri vasitəsilə göndərməyə çalışdıqları terror planının qarşısı alınıb. İordaniya Silahlı Qüvvələrindəki rəsmi mənbənin bildirdiyinə görə, terrorçuların silah və narkotiklər gətirməyə, həmçinin ekstremistləri ölkə sərhədini Suriya və İraqla birləşdirən istifadəsiz neft kəməri vasitəsilə göndərməyə çalışdıqları terror planının qarşısı alınıb.

İordaniyada terror planının qarşısı alınıb

İordaniya Silahlı Qüvvələrindəki rəsmi mənbənin bildirdiyinə görə, terrorçuların silah və narkotiklər gətirməyə, həmçinin ekstremistləri ölkə sərhədini Suriya və İraqla birləşdirən istifadəsiz neft kəməri vasitəsilə göndərməyə çalışdıqları terror planının qarşısı alınıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, terror şəbəkəsi, narkotik və silah tacirləri sərhəd və “Tayplayn” neft kəmərinin bilavasitə yaxınlığında yerləşən evdən istifadə etməklə qanunsuz daşımalar və terror aktlarının həyata keçirilməsi üçün yeraltı tunellər qazıb. Ölkə hakimiyyətinin əmri ilə terrorçuların istifadə etməyi planlaşdırdıqları bütün tunellər məhv edilib.