İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub. İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub.

İranda təyyarə qəzası - 66 nəfər ölüb (Yenilənib)

İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Dena dağına çırpılıb. Həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu səbəbdən də İran mətbuatı xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyini xəbər verib.

Hadisə zamanı təyyarədə 66 nəfər olub. Onların hamısı qəzada ölüb.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki,təyyarədə olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Tehran- Yasouc marşrutu ilə hərəkət edirmiş.

İranın IRINN TV dövlət telekanalının yaydığı məlumata əsasən, təyyarənin göyərtəsində ən azı 60 sərnişin olub.

İran Fövqalədə Hallar Mərkəzinin məlumatına görə, təyyarə İsfahan əyalətində Semirim şəhərinin yaxınlığında düşüb.

Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.

Daha öncə təyyarənin radarlardan itdiyi bildirilmişdi.