Hindistanda məktəblilərin imtahan zamanı köçürməsinin qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən onların imtahana ayaqqabı ilə gəlməsi qadağan edilib. Hindistanda məktəblilərin imtahan zamanı köçürməsinin qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən onların imtahana ayaqqabı ilə gəlməsi qadağan edilib.

İmtahana ayaqqabı ilə gəlmək qadağan edildi

Hindistanda məktəblilərin imtahan zamanı köçürməsinin qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən onların imtahana ayaqqabı ilə gəlməsi qadağan edilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın Bihar əyalətində 10-cu sinfə keçmək üçün keçirilən imtahana girəcək 2 milyona yaxın məktəblidən imtahan otaqlarına ayaqqabı əvəzinə tərliklə gəlməsi istənilib. Təhsil Nazirliyi ayaqqabı qadağasının məktəblilərin imtahanda köçürmə etməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini vurğulayıb.

Keçən həftə keçirilən və 1 milyon 200 minə yaxın məktəblinin qatıldığı 12-ci sinfi bitirmə imtahanında min nəfər məktəbli köçürmə edərkən yaxalanmışdı.