ABŞ prezidenti Donald Trampın Çin ziyarəti qalmaqalla başlayıb. ABŞ prezidenti Donald Trampın Çin ziyarəti qalmaqalla başlayıb.

Trampın Çin səfərində qalmaqallı olay

ABŞ prezidenti Donald Trampın Çin ziyarəti qalmaqalla başlayıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, nüvə silahı kodlarının daşındığı çanta ilə salona girmək istəyən amerikalıya çinli mühafizəçilər mane olublar. Belə ki, Trampı müşayiət edən heyət Böyük Xalq Salonuna girərkən nüvə silahlarının kodları olan çantanı daşıyan Amerika gizli xidmət agenti də içəri girməyə çalışıb. Ancaq ona çinli mühafizəçilər mane olub. Belə olan halda agent olayı Ağ Ev rəsmisi Con Kelliyə bildirib. Kelli iə "İçəri giririk" deyərək amerikalı nümayəndələrlə birlikdə salona doğru irəliləyib. Bu an çinli mühafizəçi Kellini tutub, Kelli isə onun əlini itələyib. Beləliklə, ara qarışıb və bir amerikalı mühafizəçi Kelliyə müdaxilə edən mühafizəçini yerə yıxıb.

Olay daha da böyümədən qarşısı alınıb. Pekin Amerika tərəfindən üzr istəyib.