ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert, ABŞ-ın Şimali Koreyanın səlahiyyətli nümayəndələri ilə görüşə bilməməsi ilə bağlı təəssüfləndiyini söyləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert, ABŞ-ın Şimali Koreyanın səlahiyyətli nümayəndələri ilə görüşə bilməməsi ilə bağlı təəssüfləndiyini söyləyib.

Şimali Koreya ABŞ nümayəndəsi ilə görüşü son anda ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert, ABŞ-ın Şimali Koreyanın səlahiyyətli nümayəndələri ilə görüşə bilməməsi ilə bağlı təəssüfləndiyini söyləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Son anda Şimali Koreya səlahiyyətliləri bizlə görüşməməyə qərar verib. Biz onların bu fürsətdən istifadə edə bilməyəcəyinə görə təəssüf edirik ", deyə Noyert bildirib.

Həmçinin bildirilir ki, ABŞ-ın vitse-prezidenti Şimali Koreya rəsmiləri ilə ballistik raketlər və nüvə silahlarının yaradılması ilə bağlı proqramların məhdudlaşdırılmasını müzakirə etmək istəyirdi.