Kaliforniyanın Uitter şəhərində polis məktəbdə atışmanın qarşısını alıb. Kaliforniyanın Uitter şəhərində polis məktəbdə atışmanın qarşısını alıb.

Polislər ABŞ-da daha bir faicənin qarşısını aldılar

Kaliforniyanın Uitter şəhərində polis məktəbdə atışmanın qarşısını alıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, tədris müəssisəsində kütləvi qətl törətmək niyyətində olan "El Kamino" orta məktəbinin şagirdlərindən biri özünü şübhəli aparıb. Bunu görən məktəb keşikçisi polisə xəbər edib.

Şübhəlinin evində axtarış aparılıb və bu zaman çoxlu sayda silah-sursat tapılıb.

Xatırladaq ki, Amerikada məktəbdə atışma son dəfə fevralın 14-də baş verib. 17 nəfər bu faciənin qurbanı olub.

Hadisəni törədən məktəbin keçmiş şagirdi tutulub.