Keniyada qeyri-qanuni yolla xarici ölkəyə qızıl aparmaq istəyən Tanzaniya əsilli kişi bir milyon dəyərindəki qızıl külçələrlə hava limanında yaxalanıb. Keniyada qeyri-qanuni yolla xarici ölkəyə qızıl aparmaq istəyən Tanzaniya əsilli kişi bir milyon dəyərindəki qızıl külçələrlə hava limanında yaxalanıb.

32 kilo qızılı ölkədən çıxartmaq istədi - Tutuldu

Keniyada qeyri-qanuni yolla xarici ölkəyə qızıl aparmaq istəyən Tanzaniya əsilli kişi bir milyon dəyərindəki qızıl külçələrlə hava limanında yaxalanıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Keniya Gəlir İdarəsi bildirib ki, hava limanında Dubaya uçmağa çalışan 46 yaşlı Tanzaniya əsilli şəxsdən bir milyon dəyərində qızıl tapılıb.

O, nəzarət altına alınıb. Qızıl külçələrin çəkisi 32 kiloqram olub.

Keniya qanunlarına görə, ölkədən xammal halında dəyərli metallar və daşların çıxarılmasına məhdudiyyət qoyulub.