İranın nəzarət etdiyi sularda ova çıxan Qətərə aid 2 balıqçı qayığı saxlanılıb və 10 nəfər nəzarət altına alınıb. İranın nəzarət etdiyi sularda ova çıxan Qətərə aid 2 balıqçı qayığı saxlanılıb və 10 nəfər nəzarət altına alınıb.

İran Qətərə aid balıqçı qayıqlarını saxladı

İranın nəzarət etdiyi sularda ova çıxan Qətərə aid 2 balıqçı qayığı saxlanılıb və 10 nəfər nəzarət altına alınıb.

AzNews.az xəbər verir ki, mətbuata danışan İranın Hürmüzgan əyalətinin sərhəd komandanı Əli Əsgər Xürrəmrəvi Qətərdən olan və Farsiyan bölgəsi sahilində ov edən 2 balıqçı qayığının mühafizə gücləri tərəfindən saxlanıldığını və 10 nəfərin nəzarətə alındığını bildirib.

Qayıqlarda ümumilikdə 400 kilo balıq olduğunu açıqlayan Xürrəmrəvi saxlanılanların polisə verildiyini açıqlayıb.