Türkiyədə vəhşi təbiətə aid şəkillər çəkməklə məşhurlaşan fotoqraf Hüseyn Narin dünyada və Türkiyədə nəsli kəsilmək üzrə olan, birinci dərəcəli qoruma altında saxlanılan vaşaqların görüntüsünü yayıb. Türkiyədə vəhşi təbiətə aid şəkillər çəkməklə məşhurlaşan fotoqraf Hüseyn Narin dünyada və Türkiyədə nəsli kəsilmək üzrə olan, birinci dərəcəli qoruma altında saxlanılan vaşaqların görüntüsünü yayıb.

Təsadüfən nəsli kəsilməkdə olan vaşağın fotosunu çəkdi

Türkiyədə vəhşi təbiətə aid şəkillər çəkməklə məşhurlaşan fotoqraf Hüseyn Narin dünyada və Türkiyədə nəsli kəsilmək üzrə olan, birinci dərəcəli qoruma altında saxlanılan vaşaqların görüntüsünü yayıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fotoqraf meşənin içindən keçən dərədə 2 vaşağın şəklini çəkməsinin tamamilə təsadüf olduğunu söyləyib. Belə ki, fotoqraf dağ keçilərini çəkmək məqsədilə ora gedib. Elə bu zaman pusquya yatan iki vaşaq görüb.

Vaşaqları daha yaxşı görmək üçün onlara yaxınlaşan Hüseyn Narin erkək vaşağın hücumuna məruz qalıb. O, son anda özünü maşından içəri salıb və xilas olub.

Vaşaqların fotosuna baxan mütəxəssilər indiyə kimi Türkiyə bu cür vaşaqları görmədiklərini bildiriblər.