Yaponiyanın Liberal Demokratik Partiyası (ölkənin iqtidar partiyası) siqaretin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi qəbul edib. Yaponiyanın Liberal Demokratik Partiyası (ölkənin iqtidar partiyası) siqaretin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi qəbul edib.

Yaponiyada siqaret qadağası

Yaponiyanın Liberal Demokratik Partiyası (ölkənin iqtidar partiyası) siqaretin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi qəbul edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, sənədə əsasən, məktəblərin, xəstəxanaların və dövlət qurumlarının ərazisində siqaret çəkmək qadağan olunacaq.

Barlarda və restoranlarda siqaretə yalnız ventilyasiyası olan xüsusi təcrid olunmuş otaqlarda icazə verilir.

Oraya qida və içki gətirmək qadağandır.

Yeni qanunun pozulmasına görə cərimə 2,8 min dollar təşkil edəcək.