Türkiyəli gənc mühəndis Sercan Dəmirəl ali məktəbi qurtarandan sonra vətən borcunu ödəmək üçün 3 ayda 32 kilo arıqladı. Türkiyəli gənc mühəndis Sercan Dəmirəl ali məktəbi qurtarandan sonra vətən borcunu ödəmək üçün 3 ayda 32 kilo arıqladı.

Əsgərliyə getmək üçün 32 kilo arıqladı

Türkiyəli gənc mühəndis Sercan Dəmirəl ali məktəbi qurtarandan sonra vətən borcunu ödəmək üçün 3 ayda 32 kilo arıqladı.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qaradəniz Texniki Universitetinin geofizika mühəndisliyi fakültəsindən 2016-cı ildə məzun olduqdan sonra əsgərliyə getmək üçün müraciət edən 27 yaşlı Dəmirəl, xəstəxanaya sənəd almağa getdiyində artıq çəki üzündən məqsədinə nail ola bilməyib. Həddindən artıq çəki və piylənmə diaqnozu ilə əsgərliyi bir il gecikən Dəmirəl ruhdan düşməyib.

İdman etməyə, üzməyə başlayan və özəl pəhriz mərkəzinə müraciət edən Dəmirəl, 131 kiloluq bədənini 3 ay ərzində gərgin çalışma və pəhriz proqramı ilə arıqladaraq 32 kiloya çatdırıb və 99 kiloya düşüb. Dərhal əsgərlik şöbəsinə müraciət edən gənc mart ayında əsgərliyə gedəcək.