Səudiyyə Ərəbistanında telekanalların birində çıxış edən jurnalist Məhəmməd əl-Suheymi ölkədə azan səsinin aşağı səslə verilməsini və məscid sayının azaldılmasını tələb edib. Səudiyyə Ərəbistanında telekanalların birində çıxış edən jurnalist Məhəmməd əl-Suheymi ölkədə azan səsinin aşağı səslə verilməsini və məscid sayının azaldılmasını tələb edib.

Səudiyyəli jurnalistdən qeyri-adi tələb: “Məscidlər dağıdılsın”

Səudiyyə Ərəbistanında telekanalların birində çıxış edən jurnalist Məhəmməd əl-Suheymi ölkədə azan səsinin aşağı səslə verilməsini və məscid sayının azaldılmasını tələb edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə Səudiyyə Ərəbistanında qəribə tələblər səsləndirilir. Bu tələblərdən birini də jurnalist Məhəmməd əl-Suheymi edib. Qeyri-adi tələblər edən jurnalist ölkədə azan səsinin daha yavaşdan verilməsini, mikrofonla azan oxunmamasını bildirib və azan səsinin qorxunc olduğunu idda edib.

Əl-Suheyminin qalmaqallı iddiaları bununla yekunlaşmayıb. O, ölkədə məscidlərin sayının çox olması və onların bir qisminin dağıdılmasını təklif edib.

Rəsmi dairələrdən hələ ki bu tələblərə münasibət bildirilməyib.