Türkiyədə təqaüddə olan polkovnik Əhməd T. oğlu Çağlar T. ilə mübahisə edib. Türkiyədə təqaüddə olan polkovnik Əhməd T. oğlu Çağlar T. ilə mübahisə edib.

Polkovnik əvvəl oğlunu, sonra özünü güllələdi

Türkiyədə təqaüddə olan polkovnik Əhməd T. oğlu Çağlar T. ilə mübahisə edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 57 yaşlı polkovnik 29 yaşlı oğlu ilə etdiyi mübahisədən sonra oğluna başından atəş açıb. Daha sonra özünü başından vurub. Silah səsini eşidən bina sakinləri polisə xəbər veriblər.

Hadisə yerinə gələn həkimlər polkovnikin öldüyünü, oğlunun isə ağır yaralı olduğunu bildiriblər.

Məlum olub ki, ilk həyat yoldaşını 15 il əvvəl xərçəngdən itirən polkovnik oğlu ilə yaşayırmış.